Gəncədə zəhərlənmə olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1958-ci il təvəllüdlü Oqtay İsmayılov dəm qazından zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, O. İsmayılov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.