16 Fevral 2016 13:22
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli fərmanında dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram: “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 86; 2001-ci il, № 12, maddə 755; 2002-ci il, № 8, maddə 487; 2003-cü il, № 10, maddələr 546, 585; 2007-ci il, № 2, maddə 87; 2008, № 9, maddə 798) 2-ci hissəsinin on ikinci abzasında “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “dövlət torpaq kadastrının aparılması hissəsində Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin".


Müəllif:

Oxşar xəbərlər