16 Fevral 2016 14:04
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 nömrəli fərmanında dəyişikliklər edilməsi ilə bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Teleqraf.com-un məlumatına görə, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 fevral tarixli 453 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

“Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 448; 2001, № 12, maddə 755; 2004, № 1, maddə 19; 2007, № 6, maddə 601; 2008, № 9, maddə 798) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Üçüncü abzasda “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, digər hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. Dördüncü abzasda “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri ilə əvəz edilsin.

3. Beşinci abzasda “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (xüsusi (sahəvi) təyinatlı geodeziya və kartoqrafiya üzrə)” sözləri ilə əvəz edilsin".


Müəllif:

Oxşar xəbərlər