16 Fevral 2016 18:22
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, ictimai əsaslarla fəaliyyət göstərəcək Apelyasiya Şurasının yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsidir.

İclasda daxil olan şikayətlərlə əlaqədar araşdırmaların hərtərəfli, tam və obyektiv aparılmasına dair, eləcə də şikayətlərlə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

İLHAMƏ


Müəllif: