Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana yola düşüb.
Teleqraf.com Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyətimiz Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin bu gün Tiflisdə keçirilən beşinci üçtərəfli görüşündə iştirak edəcək.