Buzovnada iki balıqçı xilas edilib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Buzovna” sularda xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə) 2 nəfər balıqçı köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları xilas ediblər və qayığı sahilə çıxarıblar. Əməliyyat dünən saat 21:20-də başa çatıb.