22 Fevral 2016 17:09
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayan azərbaycanlıların yaratdığı Vaşinqton Azərbaycan Komitəsi 21 fevralda Ağ Evin qarşısında Dünya Ana Dili Günü münasibətilə aksiya keçirib.

Komitənin təmsilçisi Zaur Bayramlı bildirib ki, Vaşinqtonda yaşayan soydaşlarımızın qatıldğı aksiyada İran rejimi tərəfindən İİR-də yaşayan 40 milyon türkün ana dilindən istifadə hüquqlarının məhdudlaşdıırlması pislənilib, “Ana dilində təhsil istəyirik", “Siyasi məhbuslara azadlıq” şüarları səsləndirilib.

Havanın yağışlı olmasına baxmayaraq, aksiya 1 saatdan cox davam edib və ətrafda xeyli insanın toplaşmasına səbəb olub.


Müəllif:

Oxşar xəbərlər