Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman Xocalı soyqırımının insanlığın utanc tarixi olduğunu bildirib.
Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
O, qeyd edib: “Təəssüflər olsun ki, bu gün bəzi qüvvələr Xocalı faciəsini unutdurmağa cəhdlər göstərir. Dünyanın şahidlik etdiyi faciəni törədənlərin adları bir çox hallarda yada salınmır, bu isə düşünüləsi məqamlardan birdir”.
İ.Kahraman deyib ki, Türkiyə Xocalıda şəhid olanları rəhmətlə anır və Azərbaycan xalqına başsağlığı verir.