11 Mart 2016 10:03
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bank onun adından sosial şəbəkələrdə məktubun yayılmasına münasibət bildirib.

Mərkəzi Bankdan Teleqraf.com-a daxil olan məlumata görə, sosial şəbəkələrdə guya Mərkəzi Bank tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb. Mərkəzi Bank bildirir ki, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur".

Qeyd edək ki, sosial şəbəkələrdə MB-nin rəsmi blankında sədr müavini A.Babayevin imzası ilə məktub yayılıb. Məktubda deyilir ki, bu il martın 18-dən etibarən Mərkəzi Bank üzən məzənnə siyasətindən imtina edəcək, tək valyuta siyasətinə qayıdacaq.

Və həmin tarixdən dollar/manat məzənnəsi 1,2833 manat müəyyən ediləcək.


Müəllif:

Oxşar xəbərlər