17 Mart 2016 12:35
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəninfo.az saytı 4 yaşını qeyd edir. Bu önəmli günlə bağlı təəssüratlarını bölüşən saytın baş redaktoru Nahid Canbaxışlı ilk iş gününü belə xatırlayır.

"Düz 4 il əvvəl, martın 16-dan 17-nə keçən gecə ilk xəbəri sayta qoyanda üzümü qibləyə çevirib "Rəbbim, məni çıxdığım yolda peşman etmə"- deyə Allahdan yardım istədim. İlk kompyuterləri alıb o zaman işlədiyim "Həftə içi" qəzetinin redaksiyasına apardıq. Çünki o kompyuterləri quracaq bir yerimiz yox idi. Millət vəkili Adil Əliyevin dostluğuna güvənib, ondan ofis icarəyə götürmək üçün dəstək istədik. Sağ olsun, bizi qırmadı. Metronun "Gənclik" stansiyası yaxınlığında insanlara xidmət üçün inşa etdirdiyi xeyir-şər evinin ikinci mərtəbəsində müvəqqəti olaraq iki otaq ayırdı. Bu bizə işə başlamaq üçün böyük bir təkan oldu. Üç ay orada fəaliyyət göstərdik.

Elnur Eltürk, Əli Zülfüqarlı, Cavid Şahverdiyev kimi imzalarla çıxdığımız yolu Könül İbrahimova, Mirvari Nəcəf, Günel Türksoyla davam etdirdik.
Vətəninfo.az-ın fəaliyyəti üçün hər birinin zəhməti keçdi. Zaman keçdikcə inkişaf etdik, oxucularımız çoxaldı, Azərbaycan mediasında söz sahibi olan imzalarla əməkdaşlıq etdik. Amma gün oldu ki, o zaman üçün simvolik məna kəsb edən əməkhaqqını ödəməyə imkanımız olmadı.

Abbas Novruzov, Rəşad, Qafqaz, Anar Əhmədov, Zülfüqar Xeyirxəbər kimi dostların təcrübələrindən faydalanmaqla bu sıxıntıları da aşdıq. Vətəninfo.az-ı 4 yaşına gətirdik. Texniki dillə desək, gündəlik ortalama 60 minlik İP-yə sahib olduq.

Bu gün də Yeganə Məmmədova, Aida Sultanova, Abbas Novruzovla yolumuzu davam etdiririk. İki dildə - Azərbaycan və rus dilində oxucuların qarşısına çıxırıq".















Müəllif:

Oxşar xəbərlər