Bakının Xətai rayonunda “Chevrolet” markalı minik avtomobilin yol kənarı divara çırpılması nəticəsində yanğın baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar.
Yanğınsöndürənlər və xilasedicilər qəza nəticəsində baş vermiş yanğını söndürüb, deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1988-ci il təvəllüdlü Əhmədov Nicat Mehrab oğlunun yanmış cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib.
İLHAMƏ