23 Mart 2016 12:41
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və idman naziri Azad Rəhimov buğun Dubayada keçirilən “3-cü İdman İctimaiyyəti Mükafatı”nın (Sport İndustry Awards) təqdimat mərasiminə qatılıb.

Teleqraf.com xəbər verir ki, 3-cü dəfə keçirilən ali idman tədbiri mükafatı 14 kateqoriya üzrə son 1 ildə idmanın inkişafında xüsusi xidmətləri olan ölkələrə təqdim olunur.

Azad Rəhimovun Azərbaycan idmanında son illər ərzində görülən işlərlə bağlı iştirakçıları daha yaxından tanış etməsi məqsədi ilə çıxışı nəzərdə tutulub. Təqdimat əsnasında nazir ölkəmizdə keçirilmiş ilk Avropa oyunları, bu oyunlar zamanı 17 gün ərzində 6000-dən çox atletin 20 idman növündə mübarizə apardığını diqqətə çatdıracaq, bu il ölkəmizdə Formula 1 Grand Prix turnirinin, Şahmat üzrə Dünya Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi oyunlarının, 2020-ci ildə isə UEFA Futbol üzrə Avropa
Çmepionatının 3 qrup və 1 yarımfinal oyunlarının Bakıda keçiriləcəyi haqda məlumat verəcək.

IV İslam Həmrəyliyi oyunları haqda nazir oyunların 12-22 may 2017-ci ildə keçiriləcəyini, 20 idman növündə 5000 idmançının mübarizə aparacağını və oyunların keçiriləcəyi 14 idman obyektinin artıq tikilərək istifadəyə verildiyini diqqətə çatdıracaq.

Qeyd edək ki, “3-cü İdman İctimaiyyəti Mükafatı”uğrunda mübarizədə bu il Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, İordaniya, Livan və Birləşmiş Ərəb Əmirliklərindən 196 müraciət olub.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər