Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə ölkəmizin KİV nümayəndələrindən ibarət nümayəndə heyətinin Misirə səfəri başlayıb.
Tərkibinə 13 jurnalistin daxil olduğu nümayəndə heyəti aprelin 1-dək davam edəcək səfər çərçivəsində Qahirə və Şarm əş-Şeyx şəhərlərinin görməli yerləri, muzeyləri ilə tanış olacaq.
Həmçinin azərbaycanlı KİV nümayəndələrinin Misirin mədəniyyət naziri və Şarm əş-Şeyx şəhərinin rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulur.