Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Qara dəniz - Aralıq dənizi hövzəsində istismar edilən gəmilərin sayını artırmaq niyyətindədir.
Bu barədə Telelqraf.com-a QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirlir ki, gəmiçiliyin rəhbərliyi bu istiqamətdə mütəmadi tədbirlər görür. Həmin tədbirlərin davamı olaraq, beynəlxalq sularda işləmək üçün 6 ədəd quru yük gəmisinin alınması barədə qərar qəbul edilib. Onlardan 3-nün aprelin 11-də, digər 3 gəminin isə ayın sonuna qədər gəmiçiliyə təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, 5500 ton dedveytə malik bu gəmilər Rusiyada inşa edilib, 2014-cü ildə alınan və indi Qara dənizdə istismar olunan “Natəvan” və “Üzeyir Hacıbəyli” gəmiləri ilə eyni layihədəndir. Hazırda yeni alınan gəmilərin heyətləri formalaşdırılır.
Naibə QURBANOVA