Cəbhədə şəhid olan şəhidlərimizdən birinin sevgilisi ilə "whatsapp" yazışması üzə çıxıb.
Adının açıqlanmasını istəməyən xanımın azxeber.com-a verdiyi məlumata görə, sevgilisi ilə ölümündən bir neçə gün öncə yazışıb.
Yazışmada qəhrəman şəhidimiz yuxuda gördüklərini sevgilisinə yazıb və sonda bildirib ki, Allah şəhid olmağı arzusunda olan hər kəsə qismət eləsin.
Qeyd edək ki, bu foto azxəbər.com-un 360 minlik "facebook" səhifəsində də paylaşılıb və bəzi istifadəçiləri xanımı sevgilisi ilə soyuq danışmaqda qınayıblar. O isə cavabında yazıb: "Bizim insanların heç nə bilmədən qınama adəti olduğunu unutmuşdum. Mənim haqqımda nə deməkləri Allah şahiddi ki, heç zərrə qədər əhəmiyyətli deyil. Amma şəhidimə hörmətsizlik edirlər. Kimisi deyir qurudu, kimisi deyir yola verir.. Eybi yox, canları sağ olsun. Amma şəhidimə "qoyun kimi silahın önünə atılmaq", "bu nə arzudu" demək və ya "reklam edir" demek nədir? Siz insanların nə yaşadığını nə bilirsiz? Kimin necə yandığını hardan bilirsiz axı. O qoyun kimi silahın önünə atlayan deyildi. Biləyinin gücü ilə neçə düşməni öldürdüyünü mən bilirəm. O öldürməkdən çəkinmirdi Vətəni üçün, amma canını da ortaya qoymaq qorxutmurdu. Vətəni üçün şəhid olmağın fəxrini bilirdi. Məqsədim reklam da deyildi, qətiyyən. Əgər elə olsa, adları yazın deyərdim. Amma demədim. Sadəcə oxuyanlar bir dəfə dua etsin istədim. Şəhidi ilə fəxr etsin istədim. Unudulmasın istədim. Heç nə yox, amma insanlar qınamazdan əvvəl bircə dəfə "bəlkə də elə deyil" deyib düşünsünlər. Nə olardı ki?"
Həmin fotoları təqdim edirik: