7 Aprel 2016 16:17
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin rəisi Nazim Nərimanova və digər şəxslərə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bir müddət əvvəl Əli İnsanovun qarajı sökülüb. Bununla əlaqədar Vəfa Əlizadə adlı şəxsin Əli İnsanova 50 min manat ödəməsi barədə Nəsimi Rayon Məhkəməsi qərar çıxarıb.

Qərarın icrası məqsədi ilə Əli İnsanovun hüquqlarını müdafiə edən şəxs Vəfa Əlizadənin səhmlərinin üzərinə həbs qoyulması barədə təqdimat verib. Məhkəmə təqdimatı təmin edərək, qərardad çıxarıb. Həmin qərardadı Nəsimi rayon icra şöbəsi icra etməyib.

Əli İnsanov Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin rəisi Nazim Nərimanov və icra şöbəsinin məmuru Ramin Muradova qarşı iddia qaldırıb. Sabiq nazir onların hərəkətlərinin qanunsuz olduğu tələbini qoyub.

Əli İnsanovun şikayətinə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılıb. Məhkəmə sabiq nazirin şikayətini qismən təmin edib. Məhkəmənin qərarından Ramin Muradov apelyasiya şikayəti verib.

Hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apelyasiya şikayəti qismən təmin edilib. İş baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər