8 Aprel 2016 01:14
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Rəhman Rəhmanovun qızı Rəhilə Rəhmanovanın övladı dünyasını dəyişib.

Bu haqda Teleqraf.com-a aktyorun birinci həyat yoldaşı Ulduz Rəhmanova məlumat verib: “Qızım hamiləliyini normal keçirib. Heç bir problem yaşamayıb. Ürək döyüntüləri, analizləri yaxşı idi. İki ay əvvəl bilirdik ki, uşağın boynuna cift dolanıb. Həkimlər də bunu bilirdilər. Qızıma xəstəxanada 10 saat zülm verdilər. Həkimlər qızımın üstünə qışqırırmışlar. O, ə özü həkimə yalvarıb ki, onu stola qaldırsınlar. Heç kim qızıma baxmırmış. Əgər təbii yolla uşaq dünyaya gətirə bilmirsə, qeysəriyyə əməliyyatı edərdilər. O xəstəxanada ancaq pul dərdi çəkirdilər. Günahkar həkimlərdir. Nəvəmi həkimlər öldürdülər. Uşaq iki gündür ki, dünyaya gəlmişdi, amma bu gün səhər dünyasını dəyişdi. Bəlkə də uşaq doğulan gündən ölmüşdü. Sadəcə süni nəfəs verilməklə iki gün yaşayıb. Bizə heç kim heç nə demirdi, hər şeyi gizlədirdilər. Artıq qızım xəstəxanadan çıxıb”.

Rəhilə Rəhmanova övladını Bayılda yerləşən 5 saylı doğum evində dünyaya gətirib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər