14 Aprel 2016 12:16
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirliyin dəstəyi ilə hazırlanaraq nəşr etdirilmiş, Azərbaycanın Milli Qəhrəmanlarının həyat və mübarizəsi haqqında sənədli materialları əhatə edən “Milli Qəhrəmanlarımız” kitabının təqdimatı olub.

Teleqraf.com-un məlumatına görə, tədbirdə millət vəkilləri, ictimai xadimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Milli Qəhrəmanların doğmaları iştirak edib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Vətənimizin ərazi bütövlüyü və konstutusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə böyük şücaət və igidlik göstərmiş Milli Qəhrəmanlarımıza daim hörmət və ehtiram, qayğıkeş münasibət göstərildiyini vurğulayıb.

Nazir bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı şərəfli adına layiq görülmüş 211 nəfər həmvətənimiz haqqında məlumatlar, onlarla bağlı foto-materiallar toplu halında təqdim edilir.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə igidliklər göstərmiş Milli Qəhrəmanlarımıza diqqət və qayğı göstərilməsi, eyni zamanda şəhid qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi sahəsində görülən işlər, müvafiq normativ-hüquqi aktlar barədə söz açıb.

Millət vəkili Qənirə Paşayeva Milli Qəhrəmanlarımız haqqında nəşr olunmuş kitabın Vətən, xalq, dövlət naminə yaşamaq və mübarizə aparmaq ruhunun daha da güclənməsində xüsusi rola malik olduğunu qeyd edib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər