21 Aprel 2016 18:11
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nizami Kino Mərkəzində “Ağdam. 5 fraqment” filminin təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, filmi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Belçikanın “Qafqazın Qovuşma Nöqtəsi” təşkilatı istehsal edib. Təqdimat mərasimində Milli Məclisin deputatı Bəxtiyar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev iştirak edib.

Filmin rejissoru Mişel İvordur. Sənədli filmdə Ağdam şəhərindən olan və məcburi köçkün həyatını yaşayan 5 nəfərin təəssüratları və xatirələri yer alıb.

Adıçəkilən film bu ilin fevral ayının 11-də Belçikanın paytaxtı Brüssel şəhərində də nümayiş etdirilib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər