28 Aprel 2016 09:46
1 969
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Pekində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin iclasında çıxışı zamanı deyib:

"Bu baxımdan Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Beynəlxalq cəmiyyətin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və beynəlxalq hüququn yerinə yetirilməsinə təkidlə yanaşması çox vacibdir.

O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi dünyada sülh və təhlükəsizliyə təhdiddir: "Azərbaycan münaqişənin həllində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinə üzv dövlətlərin dəstəyinə ümid edir".

Samir


Müəllif:

Oxşar xəbərlər