30 Aprel 2016 23:15
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 30-da cəbhəboyu rayonların ərazilərində 22 partlayış yeri yoxlanılıb. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Aprelin 30-da Agentlik tərəfindən Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat:

Tərtər rayonu

Tərtər şəhəri - 4 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 2 100 kv.m. ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilib.

Qarağacı kəndi - 4 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 9 700 kv.m. ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

Borsunlu kəndi - 8 əkin sahəsində 10 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122-mm top mərmisi aşkar olunaraq zərərsizləşdirilib, nəticə etibarı ilə 1 090 kv.m. ərazi yoxlanılıb.

Hacıqərvənd kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 1 100 kv.m. ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

Füzuli rayonu

Alıxanlı kəndi - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarı ilə 470 kv.m. ərazi yoxlanılıb.

Aprelin 30-da Agentlik tərəfindən 9 ev, 12 əkin sahəsi, 22 partlayış yeri yoxlanılıb, 1 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib və 14 460 kv. m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7-30 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 387 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbiristanlığı, 1 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, 8 əkin sahəsi və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 295 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.


Müəllif:

Oxşar xəbərlər