“Ailə vəziyyətimlə əlaqədar rəsmi işimdən çıxmışam”.
Bu sözləri Teleqraf.com-a Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə deyib.
Kəmalə Ağazadənin sözlərinə görə, 10 il Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində işləyib: “Ötən ilin dekabr ayında əməliyyat oldum. Həkim mənə bildirdi ki, sənə ağır iş qarafiki olmaz. İşin məsuliyyətini dərk etdiyim üçün bu ilin fevral ayında ailə vəziyyətimlə əlaqədar ərizə yazdım. Mart ayının 3-də əmrlə işdən çıxdım”.
Birlik rəhbəri sığınacaqda saxlanan uşaqlar arasında qotur xəstəliyinin yayılmasından da danışıb: “Küçədən birliyə gətirilən uşaqların hər biri 2 gün nəzarətdə saxlanılır. Müayinə edilir, xəstəlik aşkarlanan zaman xəstəxanaya yerləşdirilir. Küçədən gələn uşaqların müxtəlif zərərli vərdişləri olur. Bu o demək deyil ki, sığınacaq xəstəlik mənbəyidir”.
Kəmalə Ağazadə fəaliyyət göstərdiyi müddətdə işində heç bir nöqsana yol vermədiyini bildirib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən verilən məlumata görə, Kəmalə Ağazadənin yerinə Gülayə Səfərova təyin edilib.
İLHAMƏ