13 May 2016 11:43
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) xətti ilə 25 mindən artıq insan istirahətə göndərilib.

Teleqraf.com-un məlumatına görə, bunu AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, eyni zamanda AHİK tərəfindən 2 min uşaq ayrıca olaraq istirahətə göndərilib: "5 uşaq istirahət mərkəzləri var, biz onlara vəsait ayırırıq".

O əlavə edib ki, sahə həmkarlar ittifaqlarının öz büdcə vəsaitləri hesabına və kollektiv müqavilələr nəticəsində şirkətlər tərəfindən həmkarlar təşkilatlarına vəsait ayrılması yolu ilə istirahətə gedən insanların sayı 100 minə çatır.

Sədr bildirib ki, hazırda AHİK nəzdində 10 sanatoriya və istirahət mərkəzi var.

İlhamə


Müəllif:

Oxşar xəbərlər