27 May 2016 12:11
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Azərbyacan Yazıçılar Birliyinin (AYB) üzvü, şair Saday Şəkərlinin səhhətində ciddi problem yaranıb.

Vəkil Bəhruz Bayramov bildirib ki, şəkər xəstəliyindən əziyyət çəkən şairin ürəyində də problemlər var: “Bir neçə dəfə vəziyyəti ağırlaşdığına görə tibb məntəqəsinə köçürülüb”.

Qeyd edək ki, AYB sədri Anar Saday Şəkərlinin məhkəməsi gedən zaman Baş prokurora rəsmən müraciət edərək işə ədalətlə baxılmasını və şairin mülacisəsinə şərait yaradılmasını xahiş edib:

“Bizim sizdən xahişimiz budur ki, Saday Şəkərlinin məsələsinə ədalətlə baxılsın, lazımdırsa bu cinayət işi yenidən araşdırılsın. Hər halda söhbət geniş oxucu auditoriyasının tanıdığı, hörmət etdiyi bir şairdən gedir. Bildiyimizə görə, Saday Şəkərli şəkər xəstəliyindən əziyyət çəkir. Məhkəməyə qədər onun hospitala yerləşdirilib müalicə olunmasını da rica edirik”

AYB sədrinin müraciətinin taleyi ilə bağlı Teleqraf.com-a açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rza onda müvafiq məlumatın olmadığını deyib:

“Bu suala konkret cavab verə bilmərəm. Rəhbərliklə məsələni dəqiqləşdirim, bəlkə mənim də bilmədiyim nüanslar ola bilər. Artıq Saday Şəkərliyə hökm oxunub. Düşünürəm ki, bununla bağlı apelyasiyaya şikayət verilsə, hökm yumşala bilər”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər