30 May 2016 15:24
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi Xızıda baş verən yol-nəqliyyat qəzası ilə bağlı açıqlama yayıb.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən xəbərdə bildirilib ki, ötən gün asudə vaxtlarını öz təşəbbüsləri ilə Xızı rayonunda keçirmək məqsədilə bu bölgəyə səfər edən Sumqayıt Dövlət Texniki Kollecinin bir qrup müəllim və texniki heyəti yol-nəqliyyat hadisəsi nəticəsində qəza keçirib. Qəzada Sumqayıt Dövlət Texniki Kollecinin 3 nəfər əməkdaşı ölüb, digərləri isə müxtəlif dərəcədə xəsarət alıb: "Nazirlik bu hadisə nəticəsində ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların isə tezliklə sağalmalarını arzu edir".


Müəllif:

Oxşar xəbərlər