Azərbaycanın cəbhəboyu rayonlarında 5 ədəd partlamamış hərbi sursat aşkar olunub. Bu barədə Teleqraf.com-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.
Tərtər rayonu
Şıxarx kəndi - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 14 000 kv. m ərazi yoxlanılmışdır.
Cəmilli kəndi - 1 əkin sahəsində 7 partlayış yerinə baxış keçrilmiş və 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılmışdır.
Ağcabədi rayonu
Hacılar kəndi - 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 13 000 kv. m ərazi yoxlanılmışdır.
Füzuli rayonu
Şükürbəyli kəndi - 6 otlaq sahəsində 6 partlayış yerinə baxış keçirilmiş, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 120 mm-lik top mərmisi və 2 ədəd 152 mm-lik top mərmisi) nəticə etibarı ilə 3 016 kv. m ərazi yoxlanılmışdır.
30 May tarixində 3 ev və həyətyanı sahə, 9 əkin sahəsi, 20 partlayış yerinə baxış keçirilmiş, 5 ədəd partlamamış hərbi sursat (1 ədəd qrad raketinin mühərrik hissəsi, 2 ədəd 122 mm-lik top mərmisi və 2 ədəd 152 mm-lik top mərmisi) aşkar olunaraq götürülmüş və gün ərzində 38 016 kv. m ərazi təmizlənmişdir.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 30 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 543 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 4 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 477 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.