6 İyun 2016 16:26
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli vəzifəsindən azad edilib.

Dilçilik İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, bu gün Elmi Şuranın növbədənkənar iclası keçirilib. İclasda Qulu Məhərrəmlinin istefa ərizəsinə baxılıb və ərizə qəbul olunub.

Qulu Məhərrəmli sözügedən şöbəyə 2014-cü ildən rəhbərlik edib. O, şöbə müdiri olarkən Dilçilik İnstitutunun “Qaynar xətt”i fəaliyyətə başlayıb. Reklamlarda, ictimai iaşə obyektlərində, yazılı və elektron kütləvi informasiya vasitələrində Azərbaycan dilinin fonetik və qrammatik normalarına riayət olunmasının təmin edilməsi, Azərbaycan dilinin normalarına əməl olunması səviyyəsini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər