Şəki rayonunda 62 yaşlı kişini ilan sancıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, rayonun Qoxmuq kənd sakini, 1954-cü il təvəllüdlü Fərrux Rəcəb oğlu Səmədov xəstəxanaya daxil olub.
Teleqraf.com Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, məlum olub ki, 62 yaşlı Fərrux Səmədov yaşadığı kəndin yaxınlığındakı dağlıq ərazidə işləyərkən ilan qəfildən onun sol qolunun bilək nahiyəsindən sancıb.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Fərrux Səmədova lazımı tibbi yardım göstərilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.
Fərrux Səmədovun vəziyyətinin orta-ağır olduğu bildirilir.