9 İyun 2016 15:13
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Hacallı kəndində qeydə alınıb.

Kənd sakini Cavad Həsənov evində münaqişə zəminində bacısı Gülnarənin boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib və Gülnarə hadisə yerində ölüb.

Cavad Həsənov könüllü Samux rayon polis şöbəsinə gələrək təslim olub.

Qeyd edək ki, qətl hadisəsi Gülnarə Həsənovanın övladının gözü qarşısında törədilib. Bir neçə ay əvvəl həyat yoldaşından ayrılan Gülnarənin 3 uşağı var.

Məlumata görə, Cavad Həsənov cinayəti törədən zaman içkili olub.

Qardaş və bacı arasında münasibətlər bir müddət əvvəl pozulub. Bir neçə dəfə mübahisələri olub. İyunun 8-də içkili vəziyyətdə toydan qayıdan qardaş bacısını qətlə yetirib.

Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər