17 İyun 2016 15:33
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Baş Polis İdarəsi və Şəhər Prokurorluğu paytaxtda baş verən qəza ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, iyunun 15-də saat 12 radələrində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Rəhim Hüseynov idarəetmək hüququ olmadan baş etibarnamə əsasında idarə etdiyi “VAZ 2109” markalı avtomobillə Buzovna qəsəbəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2012-ci il təvəllüdlü Nuranə Zeynalovanı vurub.

Nəticədə sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətin Rəhman Hüseynov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, həmin gün şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Rəhman Hüseynov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər