Göyçay rayonunda bir neçə mağazaya saxta əskinaslar verən qrup zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Göyçay rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da rayon sakinləri S.Mikayılovaya və Ceyuhun Mütəllimova məxsus mağazaya 70 manat saxta əskinas verib ərzaq məhsulları almış Bakı şəhər sakini Mövlan Fərhadov, İsmayıllı rayon sakinləri Təvəkkül İsmayılov, Eybalı Eybalıyev və Emin Soltanov tutulub.
Onlardan 4 ədəd 100, 3 ədəd 50, 2 ədəd 20, 2 ədəd 10, 1 ədəd 5 və 6 ədəd 1 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.
Habelə T.İsmayılovun Gəndov kəndindəki evinə baxış zamanı 2 ədəd 100, 10 ədəd 50 və 5 ədəd 20 manatlıq saxta əskinas və müxtəlif texniki avadanlıqlar aşkar edilərək götürülüb.
Hacı Zeynalov