Xaçmaz rayonunun Niyazabad kənd sakini 77 yaşlı Qızbəs İmaməliyeva yırtıcıların hücumuna məruz qalıb.
Teleqraf.com-un RTV-yə (Region TV) istinadən verdiyi xəbərə görə, günorta saatlarında həyətdə cücələri yemləyən qadına çaqqal sürüsü hücum edib. Səs-küyə həyətə çıxan Q.İmaməliyevanın gəlini dəhşətli mənzərənin şahidi olub.
Zərərçəkən təcili Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının üzərində bir saatdan çox əməliyyat aparılıb.
Ümumiyyətlə, son vaxtlar Xaçmaz rayonunda vəhşi heyvanların insana hücumu faktlarına tez-tez rast gəlinir. Bu il ərzində eyni diaqnozla Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına bir neçə dəfə müraciət olunub.
Məlumat üçün bildirək ki, çaqqalların ilboyu ovlanmasına icazə verilir.