Beyləqan rayonunda içərisində külli miqdarda pul olan sellofan torbanı daşıyan şəxs hücuma məruz qalıb. Teleqraf.com xəbər verir ki, hadisə iyunun 29-da baş verib.
Beyləqan rayon sakini Mehman Əliyevə məxsus, içərisində 43270 manat pul olan sellofan torbanı naməlum şəxs alaraq hadisə yerindən qaçıb.
Beyləqan rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Yusif Dayandurlu tutulub.
Hacı Zeynalov