2 İyul 2016 10:11
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı Kocakaya Ramazan Ramazan oğlu ölkəsinə ekstradisiya olunmasından imtina edilməsi barədə apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2015-ci ildə dələduzluq ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilən türkiyəli iş adamının öz ölkəsinə təhvil verilməsi barədə qərar qəbul edilib.

Kocakaya Ramazan Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin qərarından apelyasiya şikayəti verib. O, öz ölkəsinə ekstradisiya olunması barədə qərarın ləğv edilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsində, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə Kocakaya Ramazan apelyasiya şikayətindən imtina edib. Buna görə də onun apelyasiya şikayətinə xitam verilib.

Yaxın günlərdə Kocakaya Ramazan Türkiyə hüquq-mühafizə orqanlarına təhvil veriləcək.

Qeyd edək ki, Türkiyədə silahdaşıma və qaçaqmalçılıqda ittiham olunan Ramazan Kocakaya beynəlxalq axtarışa verilib. O, 2015-ci ildə Azərbaycanda həbs edilib.

Türkiyə Respublikası həmin şəxsin ekstradisiya olunması üçün Azərbaycan Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə müraciət edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Ramazan Kocakayanın ekstradisiya olunması barədə qərar qəbul edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər