4 İyul 2016 21:41
2 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonu Əliyar Əliyev küçəsində yerləşən "Kosmos" yaşayış kompleksində intihar hadisəsi olub.

Teleqraf.com-un hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, binadakı mənzillərin birində yaşayan qadın intihar edib. Gözünü bağlayaraq özünü yerə atan qadın kompleksin birinci mərtəbəsində yerləşən eyniadlı mağazanın artırmasının üzərinə düşüb. Qadının hadisə yerində keçindiyi bildirilir.

İntihar edən şəxsin Sadıqova Zəhra Telman qızı olduğu məlum olub.

İlhamə Əbülfət


Müəllif: