Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Elşən Vahabzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Elşən Vahabzadə bu ilin fevralın 12-də Bakı şəhər sakini Emil Kərimovun 2030 manatını və mobil telefonunu quldurluq yolu ilə alıb.
Səbael rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Elşən Vahabzadə tutulub.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Elşən Vahabzadə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov