11 İyul 2016 11:45
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb.

Qax rayon sakini Nazim Həşimovun idarə etdiyi “QAZel” və Bərdə şəhər sakini Elşən Əzizovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə Elşən Əzizovun sərnişinlərindən Hüseyn Hüseynov hadisə yerində ölüb, özü və digər sərnişini, habelə N.Həşimovun 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Yevlax rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: