26 İyul 2016 10:01
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində qətldə və ölümə suI-qəsddə ittiham olunan Bakı şəhər sakinləri, 1996-cı il təvəllüdlü Hacıbağır Bağırov, onun atası Ehtiqam Bağırov və 1994-cü il təvəllüdlü Rüstəm Qurbanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi ötən ilin may ayında Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri Hacıbağır Bağırov, atası Ehtiram Bağırov və bibisi oğlu Rüstəm Qurbanov münaqişə zəminində qonşuları Əminağa Baxışovu və qardaşı Zaur Baxışovu bıçaqlayıblar. Əminağa Baxışov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəni törətməkdə şübhəli bilinən hər üç şəxs saxlanılıb.

Müəyyən edilib ki, hadisə qonşular arasında yaranan torpaq sahəsi üstündə baş verib. Hadisə zamanı Hacıbaba Bağırov bibisi oğlu Rüstəm Qurbanovla birlikdə evlərinə gəlib.

Bu zaman Hacıbaba Bağırov atasınını qonşuları ilə mübahisə etdiyini, qonşuları - Əminağa Baxışovu və qardaşı Zaur Baxışov atasını döydüklərini görüb. Hacıbaba və bibisi oğlu hadisəyə müdaxilə edib. Bu vaxt qanlı olay baş verib.

Hacıbağır Bağırov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilib. Həmçinin Ehtiram Bağırov və Rüstəm Qurbanov isə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə günahkar biliniblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacıbağır Bağırov 18 il 6 ay, Rüstəm Qurbanov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ehtiram Bağırov isə şərti cəza alıb.
Hökmdən narazı qalan Hacıbağır Bağırov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə Hacıbaba Bağırovun apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Prosesdə Elşən Nəsirovun anket məlumatları dəqiqləşdirilib, apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmə digər təqsirləndiriləm şəxslərin də anket məlumatlarının dəqiqləşdirib.

Məhkəmə baxışı avqustun 1-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif: