Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aidə Fərruxlunun evindən 2 ədəd mobil telefon oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Sübhan Kərimov tutulub.
Sübhan Kərimov Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunub.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə nin hökmü ilə Sübhan Kərimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov