Bakının Sabunçu rayonunda polisə yalan məlumat verilib.
Teleqraf.com xəbər verir ki, iyulun 26-da, saat 01 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsindən qəsəbə sakini Emin İmranova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.
Emin İmranovun özü avtomobilinin qaçırılması ilə bağlı 14-cü polis bölməsinə məlumat verib.
Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı Emin İmranovun iyulun 26-da qəsəbə ərazisində idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi və avtomobili hadisə yerində qoyaraq hadisə yerini tərk etməsi, həmçinin polisə yalan məlumat verməsi müəyyən edilib.
Avtomobil cərimə meydançasına yerləşdirilib.
Hacı Zeynalov