İmişli rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, İmişli rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəhrəmtəpə qəsəbəsində yaşayan rayon sakini, əvvəllər məhkum olunmuş Asəf Hüseynov saxlanılıb.
Asəf Hüseynovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Daha bir əməliyyatı Göyçay polisi keçirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qızılağac kəndində yaşayan Sərxan Rüstəmovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilib.
Quba rayonunda da narkotiklərlə bağlı əməliyyat keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Əmin Manafovdan 475 qram marixuana götürülüb.
Hacı Zeynalov