Daxili İşlər Nazirliyi Lənkəranda həbs olunan jurnalistlərlə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, Lənkəran şəhər polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində “Xəbərfakt” informasiya portalının və “President” ictimai-siyasi, hüquq qəzetinin işçiləri - Şirvan şəhər sakini Fariz Yəhyayev, Kəlbəcər rayon sakini İpək Məmmədova və Hacıqabul rayon sakini İlkin Məmmədov tutulublar.
Həbs olunanlar rayon sakinləri Şahvələd Məmmədovu, Arzu Abdullayevanı və Hökümə Rəhimovanı aldadaraq onlardan ümumilikdə 670 manat pul və qızıl üzük almaqda şübhəli biliniblər.
Hacı Zeynalov