2 Avqust 2016 15:26
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda quldurluq cinayəti ilə bağlı birgə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, paytaxtın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisində törədilmiş quldurluq cinayətinin üstü açılıb.

İyulun 27-də saat 11 radələrində Yalçın Ramazanov tanışı Nəzrin Əliyeva ilə cinayət əlaqəsinə girərək, sonuncunun analığı Tatyana Alimovanın yaşadığı Yasamal rayonunda yerləşən mənzilindən qızıl-zinət əşyaları ələ keçirmək məqsədilə özünü Qaz İstismarı İdarəsinin əməkdaşı kimi təqdim etməklə mənzilə daxil olub.

Onlar təhlükəli zorakılıq tətbiq etməklə Tatyana Alimovanın əllərini və boğazını yapışqan lentlə bağlayıb, yumruqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər, daha sonra evdə olan qızıl-zinət əşyalarını ələ keçiriblər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində Yalçın Ramazanov və Nəzrin Əliyeva cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər