3 Avqust 2016 17:00
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 2-də axşam saatlarında Xəzər dənizinin Novxanı çimərliyində boğulma qeydə alınıb.

Göyçay rayon sakinləri, 2000-ci il təvəllüdlü Səmayə Əliyeva və onun 2002-ci il təvəllüdlü bacısı Aytac Əliyeva dənizdə çimərkən boğularaq ölüblər.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən son məlumata görə, Aytac Əliyevanın meyiti də Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq polisə təhvil verilib.

Səmayə Əlıyevanın cəsədi daha əvvəl Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılmışdı.


Müəllif:

Oxşar xəbərlər