Qəbələ rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə qalmış şəxslər xilas edilib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Laza kəndində dağlıq ərazidə 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşları yüksəklikdən təhlükəsiz əraziyə təxliyyə ediblər. Əməliyyat saat 12:00-da başa çatıb.