16 Avqust 2016 13:53
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda həmkəndlilərini avtomobillə vurub əzən, onlardan birini öldürməkdə təqsirləndirilən Habil Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Habil Abbasov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il dekabr ayının 29-da Qusar rayonunun İmamqulu kəndində baş verib. Kənd sakini Habil Abbasov münaqişə zəminində idarə etdiyi “Opel” markalı avtomobillə həmkəndliləri Əliverdi Mirzəyevi və Ziyəddin Ağasıbəyovu vuraraq hadisə yerini tərk edib.

Əlverdi Mirzəyev hadisə yerində ölüb, Ziyəddin Ağasibəyov isə xəstəxanaya yerləşdirilib.

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Habil Abbasov tutulub. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə ittiham olunur.


Müəllif:

Oxşar xəbərlər