Bakıda 80 yaşlı qadın mənzilində ölüb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Pirallahı rayonunda 1936-ci il təvəllüdlü Telegiya Klava Pavlovlanın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və vətəndaşın huşsuz vəziyyətdə aşkar ediblər.
Əməliyyat saat 21:29-da başa çatıb.