25 Avqust 2016 11:54
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda öldürülən azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin (Rövşən Canıyev) qətli ilə bağlı istintaq prosesi başlayıb.

Teleqraf.com "Habertürk"ə istinadən xəbər verir ki, istintaq prosesi çərçivəsində Lənkəranskinin öldürüldüyü avtomobili idarə edən Tahir C. dindirilib. Dindirilmədən sonra o, həbs olunub.

Məlumatlara görə, Lənkəranski oteldə Tahir C. ilə görüşüb. Görüşün video-görüntülərini izləyən polis toplantıda iştirak edən Lənkəranskinin adamları sayılan Hacıbaba T., A.N. və Z.İ.-ni dindirib. Bundan sonra Hacıbala T. adlı şəxsin 2013-cü ildən axtarışda olduğu aydınlaşıb.

Məlumatlara görə, Hacıbala T. həmin ilin avqustun 18-də azərbaycanlı iş adamı Əli Həmidovu İstanbulda qətlə yetirib. Ə.Həmidovun qətlinin sifarişini Lənkəranskinin verdiyi bildirilir.

Bundan başqa, iddialarda Rövşən Canıyevin qətlinin arxasında Rusiya mafiasının dayandığı versiyası irəli sürülüb. Qətldə Laşi Ş, Yuri P, Vasili H. və Nadir S. adlı mafiya üzvləri şübhəli bilinir.

Qeyd edək ki, Rövşən Canıyev avqustun 18-də İstanbulda güllələnib.

Elvin


Müəllif:

Oxşar xəbərlər