1 Sentyabr 2016 14:31
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinən 1981-ci il təvəllüdlü Aygün Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu ilin fevralında Sumqayıt şəhər sakini Daşqın Hüseynov öz evində bıçaqlanıb. Daşqın Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib.

Daşqın Hüseynovun öz evində Qubadlı rayon sakini Aygün Quliyeva tərəfindən bıçaqlanması məlum olub. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aygün Quliyeva tutulub.

Məlum olub ki, hadisəni törədən zaman Aygün Quliyeva sərxoş olub. O, Daşqın Hüseynovla şəxsi münasibətlər zəminində mübahisə edib və sonda da qanlı cinayət hadisəsi törədilib.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Aygün Quliyeva 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər