4 Sentyabr 2016 17:29
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki şəhərində bir dam altında tikilmiş ikimərtəbəli evlərdə yanğın olub.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 96 m² olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 48 m² sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 280 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2 otağının, aynabəndinin yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyü 140 m² sahədə yanıb.

Hər iki evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.​ Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: